2021-ci ilin doqquz ayı ərzində Azərbaycanda sosial siyasətin tərkib hissəsi kimi mənzil və avtomobil təminatı üzrə rəqəmlər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, illik planda nəzərdə tutulan 3000 şəhid ailəsi və müharibə əlillərindən böyük qismi - 1600 nəfəri mənzillə təmin olunub.
Həmçinin illik plana əsasən 160 nəfərdən 144 nəfər müharibə əlili avtomobil əldə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man