Üç lidarla təchiz edilmiş ilk seriya avtomobili debüt edib

Nəqliyyat xəbərləri 25 Oktyabr 2021 | 18:00
OXUNUB: 441

Çinin WM Motor startapı nəhayət ki, özünün flaqman modeli olan M7 elektrik sedanını nümayiş etdirib. Elektrokar demək olar ki, Maven konseptindən fərqlənmir, lakin seriya modelinin damında qeyri-adi bir sistem quraşdırılıb.

İlk növbədə, yeni modelin xarici görünüşünü qeyd etmək gərəkdir. Artıq qeyd etdiyimiz kimi, elektrokarın eksteryeri, keçən il nümayiş etdirilmiş Maven konsepti ilə müqayisədə heç bir dəyişikliyə məruz qalmayıb. Nazik və iti formalı optika hələ təzə görünür. Lakin ən maraqlı element modelin damında gizlidir: burada lidar və üç “dairəvi” kamera quraşdırılıb, daha iki lidar isə ön qanadlarda yerləşidirilib.

Belə quruluşun səbəbi, sedanda quraşdırılmış inkişaf etmiş avtonom idarəetmə sisteminin mövcudluğudur. Şirkətdən, sistemin sərbəst şəkildə, 120-dən 200 metrə qədər olan digər nəqliyyat vasitələrini aşkar etdiyini bildiriblər. Elektrokarın texniki xarakteristikaları açıqlanmasa da, onun dolu batareya ilə 700 kilometrə (NEDC dövrünə əsasən) qədər məsafə qət edəcəyini bildiriblər.

Weltmeister M7 modelinin istehsalına 2022-ci ildə başlanacaqdır. Onun əsas rəqibləri NIO ET7, Xpeng P7 flaqmanları və çox güman ki, Tesla Model 3 elektrokarının büdcə versiyaları olacaqdırlar.

autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man