Portuqaliyada 1990-cu ilin yeni "Honda Civic" hetçbeki satışa çıxarılıb

Nəqliyyat xəbərləri 25 Oktyabr 2021 | 16:59
OXUNUB: 459

Portuqaliyada 1990-ci ildə buraxılmış yeni Honda Civic CRX modeli satışa çıxarılıb. 31 il ərzində hetçbek yalnız bir dəfə - diler mərkəzindən dayandığı qaraja qədər olan 17 kilometrlik məsafəni qət edib. Üstəlik, bu müddət ərzində avtomobil quru qarajda və mühafizə olunmuş şəraitdə saxlanılıb. Qeyri-orijinal olanlar əyləc mayesi və akkumulyatordur - şinlər və mühərrik yağı da daxil olmaqla qalan bütün hissələr zavoddan gələndir və buna görə də, satıcı onu əsl “zaman kapsulu” adlandırır.

Honda Civic CRX modeli 1983-1997-ci illər arasında buraxılmış ön ötürməli hetçbekdir və üç dəfə nəsil dəyişdirib. Lissabonda aşkar edilən avtomobil, 1990-cı ilin avqustunda buraxılmış ikinci nəsildən olan hetçbekdir. Avtomobilin nədən istismar olunmadığı açıqlanmayıb.

Civic CRX modelinin kapotunun altında 5-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 108 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki yerləşir. Satıcı, avtomobilin uzun müddət dayanmasına baxmayaraq, hər şeyin “əla işlədiyini” bildirib, yəni oldtaymer əlavə xərc tələb etmədən istənilən kolleksiyanı bəzəyə bilər.

Avtomoblin hərəkət etmədiyini və asılı vəziyyətdə qaldığını nəzərə alsaq, onun lak-boya səthi də, şinləri və salonu da ilkin vəziyyətdədir. Şəkillərdən göründüyü kimi, CRX modeli layiqli təchizata malikdir: hetçbek inteqrasiya edilmiş başlıqları olan idman oturacaqları, elektrik şüşəqaldıranları və lyuk ilə təchiz olunub.

Təəssüflər olsun ki, elanda “zaman kapsulunun” satış qiyməti açıqlanmayıb. Adətən Avropada belə yapon hetçbekləri 30 min funt sterlinqə satılırlar. Odometrində 17 kilometr, vəziyyəti isə əla olan hetçbekin daha baha qiymətə satılacağından şübhə etməmək olar

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man