Azərbaycanda motosikllərin sayı artır

Nəqliyyat xəbərləri 19 Oktyabr 2021 | 16:17
OXUNUB: 612

Koronavirus pandemiyası dövründə onlayn satışların və çatdırılma xidmətinin inkişaf etməsi Azərbaycanda motosikllərin sayının artmasında da əks olunur.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkəmizdə motosikllərin sayı 525 ədəd artaraq 4 min 594 ədədə çatıb. 2019-cu ilin sonunda motosikllərin sayı 4 min 69 ədəd idi.

Motosikllərin sayı 2017-ci ildə 213 ədəd azalmış, 2018-ci ildə 129 ədəd, 2019-cu ildə isə 863 ədəd artmışdır.

1990-cı ildə Azərbaycanda 37 min 592 ədəd motosikl var idi.

Son 3 ildə (2018-2020-ci illərdə) Azərbaycanda motosikllərin sayı 1517 ədəd artıb.

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man