Azərbaycanda sayı ən çox artan və ən çox sürülən avtomobillər - AÇIQLANDI

Nəqliyyat xəbərləri 18 Oktyabr 2021 | 13:56
OXUNUB: 781

2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 55 min 159 ədəd artaraq 1 milyon 473 min 563 ədədə çatıb.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən minik avtomobillərinin sayı 50 min 449 ədəd artaraq 1 milyon 264 min 542 ədədə, yük avtomobillərinin sayı 4 min 112 ədəd artaraq 154 min 659 ədədə yüksəlib. Avtobusların sayı isə 26 ədəd azalaraq 30 min 757 ədədə düşüb.

Minik avtomobillərin markaları üzrə bölgüsünə görə, Azərbaycanda ən çox VAZ, Mercedes, Hyundai, Opel, Toyota, KİA, Nissan, BMW, Chevrolet, Volkswagen və Mitsubishi markalı avtomobillər sürülür.

2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda ən çox Toyota (+7,948), Chevrolet (+7,566), Hyundai (+6,878), KİA (+5,543), Opel (+4,954), Mercedes (+2,990), Ford (+2,952) və BMW (+2,191) markalı avtomobillər artıb.

Komitənin hesabatında, Azərbaycanda Vaz markalı avtomobillərin sayının azalması diqqəti çəkir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man