Vəkil avtomobilinin yandırıldığını iddia edir - VİDEO

Nəqliyyat xəbərləri 17 Oktyabr 2021 | 15:32
OXUNUB: 1784

Zaqatalada fəaliyyət göstərən vəkilə məxsus avtomobil yanıb. Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun "Mersedes" markalı avtomobili ötən gecə saat 03:00 radələrində yanıb.
Vəkil  açıqlamasında avtomobilinin qəsdən yandırıldığını iddia edib.
A.İsmayılov qeyd edib ki, vəkillik fəaliyyəti ilə bağlı olaraq şübhələndiyi şəxs tərəfindən avtomobilinin üzərinə benzin tökülərək qəsdən yandırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır:
"Oktyabrın 17-si gecə saatlarında Zaqatala şəhəri ərazisində Azər İsmayılova məxsus “Mercedes” markalı avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda da nəqliyyat vasitəsində yanğının hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparılır." (APA)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man