Avropa İttifaqı ölkələrində avtomobil satışı sentyabrda 23 %-dən çox azalıb

Nəqliyyat xəbərləri 15 Oktyabr 2021 | 15:13
OXUNUB: 570

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqında 7 526,6 min yeni avtomobil satılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Avtomobil satışının 718,6 min ədəd sentyabr ayının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 23,1% azdır. O cümlədən ötən ay avtomobil satışı İtaliyada 32,7% azalaraq 105,2 min ədəd, Almaniyada 25,7% azalaraq 197 min ədəd, Fransada 20,5% azalaraq 133,8 min ədəd, İspaniyada 15,7% azalaraq 59,6 min ədəd olub.

Sentyabrda Avropada ən çox yeni avtomobil satan şirkət Almaniyanın “VW Group” konserni olub - 156,2 min ədəd. Onu 148,3 ədədlə Niderlandın “Stellantis Group” və 86,2 ədədlə Fransanın “Renault Group” şirkətləri izləyib.

"Report" 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man