Dünya maşın bazarında SON VƏZİYYƏT

Nəqliyyat xəbərləri 15 Oktyabr 2021 | 12:37
OXUNUB: 458

Bu ilin yanvar-sentyabr aylarında dünyada 60,573 milyon ədəd, sentyabr ayında isə 6,299 milyon ədəd yeni avtomobil satılıb.

Bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 12,1% çox və 20,3% azdır.

Ötən ay satışlar üzrə lider Çin olub. Bu ölkədə 2,077 milyon avtomobil satılıb ki, bu da 1 il əvvələ nisbətən 16,5 % azdır. Mənfi dinamika ardıcıl olaraq 5-ci aydır ki davam edir. Səbəb çip çatışmazlığıdır.

Sentyabrda avtomobil satışı Qərbi Avropada 24,2 % azalaraq 1,046 milyon ədəd, Şərqi Avropada isə 20,9% azalaraq 0,307 milyon ədəd olub.

ABŞ-da isə ay ərzində 1,002 milyon avtomobil satılıb ki, bu da 25,1% azalma deməkdir.

Cənubi Amerikada isə avtomobil satışı 26,1 % azalaraq 0,172 milyon ədədə düşüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man