Daimler yeni "Mercedes-Maybach" konseptini hazırlayır

Nəqliyyat xəbərləri 14 Oktyabr 2021 | 17:16
OXUNUB: 817

Mercedes-Benz şirkəti yeni Mercedes-Maybach elektrik konseptini hazırladığını bəyan edib. Project Maybach adlanan yeni layihə üzərində Daimler konserninin baş dizayneri Qorden Vagener, habelə Louis Vuitton markasının kişi geyimləri üzrə bədii rəhbəri və Off-White brendinin direktoru olan amerikalı modelyer Vircil Ablo birgə çalışacaqlar. Elektromobilin debütü 1 dekabrda Mayamidə keçiriləcək Art Basel müasir incəsənət sərgisində baş tutacaqdır.

Əsrarəngiz Project Maybach, sentyabr ayında Münhen avtosalonunda təqdim edilən EQS Concept prototipindən sonra daxili yanma mühərriki olmayan ikinci Mercedes-Maybach konsepti  olacaqdır.  Maybach markasına verilən xüsusi diqqət, brendin 100-illik yubileyi ilə bağlıdır.

Daimler hələlik yeni konseptual elektromobil ilə bağlı detalları açıqlamayıb. Yeni konsept digər Mercedes-Benz avtomobillərinə bənzəməyən və "mövcud olan çertyojlar və istehsal spesifikasiyaları ilə məhdudlaşmayan dizayn imkanlarını nümayiş etdirən" nəqliyyat vasitəsi kimi səciyyələndirilir .

Bu, Vagenerin Ablo ilə ilk əməkdaşlığı deyil. Əvvəllər onlar G-Class ofrouderini yenidən dərk etmək üçün yardılan, tamamilə ağ rəngli kuzova, geniş kuzov dəstinə, pəncərələrdəki torlara və spartan interyerə malik olan Geländewagen konseptinin dizayn üzərində çalışıblar. Yəqin ki, Project Maybach konsepti də qeyri-adi bir görünüşə sahib olacaqdır.

Mənbə: autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man