“KamAZ” Azərbaycanda böyük Lizinq Şirkəti Yaratdı

Nəqliyyat xəbərləri 12 Oktyabr 2021 | 14:06
OXUNUB: 974

“KamAZ” Azərbaycanın kommersiya bazarına çıxış məqsədi ilə yeni böyük lizinq şirkəti yaradıb. Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, yeni təsis edilən şirkət “Kamaz Lizinq Azərbaycan” MMC-dir. Şirkət 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1 699 000 manat olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Salyan şossesi, ev 2 hüquqi ünvanında qeydə alınmışdır.

“Kamaz Lizinq Azərbaycan”ın qanuni təmsilçisi Rofel Qurbanov Qasım oğludur.

Rusiyanın “KamAZ” şirkəti yaxın gələcəkdə Azərbaycanda yeni servis mərkəzlərinin açılmasını və tərəfdaşı “Gəncə Avtomobil Zavodu” müəssisəsinin servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırır. “KamAZ”ın strateji planları sırasına Cəbrayıl şəhəri yaxınlığında servis mərkəzinin tikintisi də daxildir.

“Biz həmçinin “Gəncə Avtomobil Zavodu”nun Bakı və Gəncə şəhərlərində servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırırıq. Bundan başqa, müştərilərimizə yüksək keyfiyyətli və ərazi baxımından əlçatan xidmətlərin təklif olunması üçün yeni servis mərkəzlərinin açılması imkanları nəzərdən keçirilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man