Sürücülərə pis xəbər; arxa yan şüşələrdəki plyonkalar sökülə bilər

Nəqliyyat xəbərləri 11 Oktyabr 2021 | 20:30
OXUNUB: 53234

Avtomobillərin arxa yan şüşələrinə plyonkaların vurulması ilə bağlı bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılmışdı. Avtosfer.az bildirir ki, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilib.

Xatırladaq ki, aprel ayında Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Bu sərəncamın üzərindən 5 aydan çox keçməsinə baxmayaraq plyonka məsələsi hələ də açıq qalıb. Bu zaman ərzində isə minlərlə sürücü avtomobilin arxa yan şüşələrinə tündlüyü 100 faiz olan plyonka çəkdirib. Lakin Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumlarından biri avtomobillərə vurulan plyonkanın faizinin aşağı endirilməsi ilə bağlı Nazirlər Kabinetinə təklif göndərib. Təklifdə göstərilib ki, həmin plyonkaların tündlüyü 60-70 faizdən yuxarı olmasın. Guya tünd şüşələr qəzalara səbəb olur və ya qayda pozuntularının aşkarlanmasına çətinlik yaradır.

Qeyd edək ki, bu təklif məqbul hesab edilərsə sürücülər həmin plyonkaları söküb daha az faizli plyonka vurmalı olacaq. Nəticədə yenə də plyonka biznesi ilə məşğul olanlar yaxşı qazanc əldə etmiş olacaq.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man