Rusiyanın “AvtoVaz” şirkəti “Black” komplektasiyasında olan avtomobil seriyasını genişləndirməyi planlaşdırır. Artıq müəssisə iki “Black” versiyada olan “Lada Niva Travel” istehsal edib.
“Niva Travel” xüsusi qara rəngli eksteryeri ilə fərqlənir. Bildirilib ki, model sözügedən seriyada 4-cü ola bilər. Bundan öncə, “Vesta”, “XRay Cross” və “Niva Legend” komplektasiyada müvafiq yerlərini alıb. Hazırda “Niva Travel” Rusiyada 820,9 min rubla (təxminən 20 min manat) satılır.///Axar.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man