Sərnişindaşımada COVID-19 pasportlarının olmasına necə nəzarət olunacaq? - VİDEO

Nəqliyyat xəbərləri 02 Oktyabr 2021 | 00:01
OXUNUB: 1250

Artıq bu gündən etibarən regionlararası və şəhərlərarası səfərlərini avtovağzallardan təmin etmək istəyən sərnişinlərdən COVID-19 pasportu, immunitet sertifikatı və ya əks-göstəriş sənədi tələb olunur. Bu gün başlayan prosesə nəzarət necə həyata keçirilir? 

Avtovağzalların xidmətindən istifadə üçün sərnişinlərdən müvafiq COVİD əleyhinə sənədlərin tələb olunmasından sonra qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin daha da aktivləşməsinin qarşısının alınması üçün sərt tədbirlərə başlanacaq. Xüsusən də vaksinasiya ilə bağlı heç bir sənədə malik olmayan sərnişinləri xidmətlərindən istifadəyə cəlb edən sürücülərin aşkarlanmasında Dövlət Yol Polisinin əməkdaşları da iştirak edəcək. 

Bu gündən etibarən noyabrın 1-ə kimi avtovağzalların xidmətindən istifadə etmək istəyən sərnişinlərin ən azı birinci doza vaksin qəbul etmiş olmaları kifayətdir. Lakin vaksinasiya prosesinə cəlb olunmamış şəxslərə də elə avtovağzalda imkan tanınır. 

Avtovağzala gələrək, bölgələrə getmək istəyən 10-dan çox sərnişin COVİD-19 əleyhinə heç bir sənədi olmadığına görə, xidmətlərdən istifadə edə bilməyib. Lakin elə avtovağzaldaca peyvənd olunaraq, yoluna davam edənlər də azlıq təşkil etməyib.

Qeyd edək ki, noyabrın 1-dən sonra isə, ölkə üzrə bütün avtovağzallarda sərnişinlərdən ikinci doza vaksini qəbul etmələri ilə bağlı sənəd də tələb olunacaq. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man