"Azərmaş" yeni avtomobil və avtobusların istehsalına başlayıb

Nəqliyyat xəbərləri 18 Sentyabr 2021 | 18:10
OXUNUB: 1158

"Azərmaş" ASC minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salıb.

Bunu Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, Hacıqabul sənaye parkında istehsal olunan minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq: "Yeni istehsal xəttində Özbəkistanın "UzAvtoSanoat" şirkəti ilə birgə və ABŞ-ın "General Motors" şirkəti ilə əldə olunan sazişə əsasən, "Chevrolet" minik avtomobillərinin, ISUZU oikap və avtobuslarının yığılması həyata keçiriləcək. Oikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min "Chevrolet" avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək".

Assosiasiya sədri bildirib ki, bu avtomobillərin hədəf bazarı Türkiyə olacaq: "Gələcəkdə "General Motors"un razılığı ilə biz Türkiyəyə avtomobil ixrac etməyi planlaşdırırıq".

E.Axundov əlavə edib ki, Azərbaycanda bu avtomovbillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man