Gecə Bakının mərkəzində “avtoş”luq edən 3 sürücü saxlanıldı, biri qazi çıxdı

Nəqliyyat xəbərləri 16 Sentyabr 2021 | 14:44
OXUNUB: 8768

Sentyabrın 15-dən 16-na keçən gecə, saat 03.30 radələrində Bakıda avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. “Ravon”, «BMW» və “VAZ-2107” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını və əhalininin dincliyini davamlı olaraq pozmaqla avtoxuliqanlıq ediblər. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları hər üç sürücünü saxlayıb və onlar aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə təhvil verilib. Avtomaşınlar isə duracağa yerləşdirilib.

Bölmədə aparılan araşdırmalar zamanı məlum olub, “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Vətən Müharibəsi qazisi Tural Umudovdur. Hazırda araşdırmalar davam edir.

27 yaşlı sürücü Tural Umudovun bu hərəkətləri qınanmalıdır. İkinci Qarabağ Müharibəsində döyüşən hər bir vətəndaşımız, şəhidimiz, qazimiz başımızın tacıdır. Amma bəzi qazilərimizin cəmiyyət arasında neqativ hərəkətlərə yol verməsi Vətən Müharibəsi kimi müqəddəs missiyada iştiraka uyğun gəlmir.

Qazi adını avtoxuliqan adına qədər ucuz tutmaq olmaz. Qazi cəmiyyətdə ona olan diqqət və qayğıdan, hörmətdən sui-istifadə etməməlidir. Vətən uğrunda döyüşmək kimi müqəddəs bir işin üzərindən intizamsızlıq edərək xətt çəkmək olmaz.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man