Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb

Nəqliyyat xəbərləri 15 Sentyabr 2021 | 00:45
OXUNUB: 1882

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 214 vahid minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% çoxdur. 

Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız ötən ilin iyununda bərpa olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man