Qadını hamının gözü qarşısında zorla maşına mindirib qaçırdılar - VİDEO

Nəqliyyat xəbərləri 10 Sentyabr 2021 | 11:42
OXUNUB: 1719

Türkiyənin İstanbul şəhərində kişi boşanmaq ərəfəsində olduğu həyat yoldaşını qayınatasının yaşadığı evin qarşısından qaçırıb.

Şilan Topal adlı qadın həyat yoldaşı Mithat Topal və 3 nəfər şəxsiyyəti hələ tam məlum olmayan şəxs tərəfindən qaçırılıb.

Belə ki, qadın həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edibmiş. Proses araşdırma ərəfəsində olarkən kişi dəfələrlə həyat yoldaşı ilə barışmaq istəyib. Lakin qadın barışmayıb.

Hadisə baş verən gün Mithat Topal və 3 nəfər taksi ilə qayınatasının evinin həyətinə gəlib. Həyat yoldaşının küçəyə çıxmasını gözləyiblər. Qadın küçəyə çıxarkən ona hücum ediblər.

Şilan Topalı ailə üzvlərinin gözü qarşısında zorla taksiyə mindiriblər və ərazidən uzaqlaşıblar. Ətrafda olan şəxslər nə qədər çalışsa da, qadının qaçırılmasına mane ola bilməyiblər.

Hadisə ilə bağlı polisə müraciət olunub. Mithat Topal və ona yardım edən digər şəxslərin axtarışına başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man