Alimlər sürücülərin sükan arxasında yatmasının səbəblərini açıqladılar - BUNLARI BİLİN

Nəqliyyat xəbərləri 06 Sentyabr 2021 | 13:12
OXUNUB: 3523

Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılar. Sizə elə gəlir ki, gözləriniz axşamdan maraqlı film izləməkdən və ya sosial şəbəklərdə zaman keçirməkdən yumulur? Əslində belə deyil.

Science Daily dərgisində dərc edilən Melburn krallıq texniki universitetinin alimlərinin sözləri bir çoxlarını təəcübləndirib.

Onların qənaətləri bir qrup könüllülərin cəhdləri sayəsində formalaşıb. 15 könüllünün iştirak etdiyi eksperimentdə avtomobil salonu effekti verən ortam yaradılıb və sürətli hərəkət edən təkər səsləri dinlədilib. Bəzən isə prosses zamanı salonun titrəyişləri də əlavə edilib.

Nəticələrə əsasən 15 dəqiqədən sonra sirkələnmə ilə yol qət edən könüllüləri yuxu aparıb və onlar artıq oturduqları yerdən qalxmağa cəhd göstəriblər. Yarım saatdan sonra isə narahatlıqlar daha da artmış olub. Bir saatdan sonra ürək döyüntülərinin göstəriciləri yuxu istəyinin pik həddə olduğunu və artıq bunu yayındırmağın mümkün olmadığını göstərib.

Daha bir xoşagəlməz hal isə avtomobillərin sürücüdə həddən artıq yorğunluq hissi yaratmasıdır. Eksperimentdən sonra könüllülər sadə əşyaların sayını saymağa və ya səliqlə ilə üst-üstə yığmağa əziyyət çəkiblər.

Lakin sürüş zamanı sirkələnmə, vibrasiya olmazsa, bu halda yorğunluq halı hiss edilmir, əksinə sürücülər daha pozitiv görünürlər. Vibrasiya məsələləri tam olaraq hər tərəfli araşdırılmasa da, effekt göz qabağındadır.

Deməli, hörmətli sürücülər avtomobil alarkən maksimal şəkildə uzaq yollarda maşınların komfortlu ola biləcəyinə və daha az sirkələnmə yaradacağına diqqət yetirin.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man