Qəza törətdi, maşını yolda atıb getdi - İi aydır maşına sahib çıxmır - VİDEO

Nəqliyyat xəbərləri 15 Avqust 2021 | 13:04
OXUNUB: 4546

Göyçayda avtomabillə qəza törədən sürücü maşını yol kənarında qoyaraq gedib. Hadisədən iki aya yaxın müddət keçib, amma hələ də minik maşını yolun kənarındadır.

Minik maşınının yol kənarında saxlanılması həm sakinlər, həm də sürücülər üçün təhlükə yaradır.

Sürücü qəzadan sonra avtomobili yolun yaxınlığında saxlayaraq gedib. Bu da hərəkətdə olan maşınlar üçün təhlükədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, avtomobilin sürücüsü Bakı sakini Rəsul Abbasovdur. Onun avtomobil artıq yol kənarından götürülərək duracağa yerləşdirilib.

Həmin şəxs polisə müraciət edərək avtomobilini duracaqdan götürə bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man