Azərbaycanda hələ belə "rahat" sürücü olmamışdı - Hərəkəti iflic edib yoxa çıxdı - VİDEO

Nəqliyyat xəbərləri 13 Avqust 2021 | 16:53
OXUNUB: 4235

Tarqovının dar küçəsini park meydançası ilə qarışdıran sürücü tıxac yaratmaqla bərabər digərlərinin qəzəbinə də səbəb olub. Avtosfer.az bildirir ki, Nəsimi rayonunun Lev Tolstoy küçəsində 99-PF-075 nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü ağlasığmaz hərəkət edib. O, avtomobilini yolun düz ortasında saxlayaraq oranı tərk edib. Küçə çox dar olduğundan arxadan gələn avtomobillər onu nə sağdan, nə də soldan ötüb keçə bilməyib. Nəticədə uzun bir tıxac yaranıb. İş o həddə çatıb ki, sürücülər avtomobillərindən enərək siqnala basıb “Hyundai”nin sahibini səsləməyə başlayıb. Lakin avtomobilinin pəncərələrini belə bağlayıb yoxa çıxan sürücü ancaq 10 dəqiqə sonra geri qayıdıb. Anormal keçən bu isti günlərdə 10 dəqiqə tıxacda dayanan sürücülər isə qəzəblərini boğaraq onun avtomobilinə əyləşib hərəkət etməsini gözləməli olub. “Hyundai”nin sahibi isə heç nə olmayıbmış kimi yoluna davam edib.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man