Azərbaycanda “CİP”lərə maraq azalır

Nəqliyyat xəbərləri 10 Avqust 2021 | 17:35
OXUNUB: 869

“Avtomobil bazarında əvvəlki aylara nisbətən bir qədər durğunluq var. Bunun səbəbi yay mövsümünün olmağı və insanların istirahətə üz tutmaqlarıdır”.

Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bazarda əsasən ikinci əl avtomobillər üstünlük təşkil edir:

“Avtomobil alqı-satqısında işlər davam edir. Bu davamiyyət əsasən ikinci əl avtomobillərin satışında özünü daha çox göstərir. Xüsusilə buna işlənmiş hibrid avtomobillərini misal göstərə bilərəm. Çünki hibridlərə daha çox tələbat var. Yanacağın qiyməti qalxdıqca iritutumlu, yanacaq sərfiyyatı böyük olan avtomobillərə maraq getdikcə azalır. Təəssüflər olsun ki, hələ də ölkədə hibrid avtomobillərə güzəşt tətbiq edilmədiyinə görə, bu nəqliyyat vasitələrinin qiyməti başqa ölkələrə nisbətdə daha bahadır”.

Avtomobil bazarını yeniləmək istədikcə, rüsumlar daha da artır...

Ekspertin fikrincə, son vaxtlar elektromobil almaq istəyələrin sayında artım müşahidə olunur:

“Eyni zamanda, elektromobil almaq istəyənlər  var. Əvvəllər il ərzində ölkəyə barmaqla sayıla biləcək qədər elektromobil gətirilirdisə bu il rəqəmlər bir qədər artıb. Bundan daha çox imkanlı insanlar istifadə edir. Düşünürəm ki, biz birinci hibrid avtomobillərə bağlı güzəştlər tətbiq etməliyik, daha sonra tam elektrik mühərrikli avtomobillərə keçə bilərik.
 Bu gün avtomobil bazarında ikinci əl nəqliyyat vasitələrinin üstünlük təşkil etməsi gömrük rüsumlarının baha olması ilə bağlıdır. Biz avtomobil parkını yeniləməyə çalışırıq, amma rüsumlar hər il artır. Sadəcə olaraq planlı iş görülməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man