2021-ci ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verən qəzaların sayı açıqlanıb. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin 6 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib. Nəticədə 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man