Yeniyetmələr sosial şəbəkədə təhlükəli trendə başladı – sürücülər təlaş içində - VİDEO

Nəqliyyat xəbərləri 05 Avqust 2021 | 15:05
OXUNUB: 1661

Sosial şəbəkələrdə sürücüləri nrahat edən yeni bir trend yaranıb. Yeniyetmələr “like” naminə avtomobillərin şüşələrini sındırırlar. Avtosfer.az bildirir ki, Rusiyada bir müddət öncə yeniyetmələr avtomobil təkərlərindəki havadoldurma borusunun qapaqlarını sökürdü, indi isə onlar maşınların üstünə tullanır, ön şüşələrini sındırır və prosesi videoya çəkirlər. Daha sonra sosial şəbəkədə yayılan videoların daha çox bəyəni toplaması üçün onlar hər dəfə bir az daha təhlükəli yollara baş vurur.
İnsanlar pəncərələrdən bu vandalları görsələr də, heç bir şey edə bilməyiblər.
Yeniyetmələr hadisə yerindən qaçaraq uzaqlaşıb məsələdən yayıncaqlarını düşünür. Lakin hüquqşünaslar xəbərdarlıq edib ki, əgər yeniyetmənin hələ 16 yaşı olmayıbsa, onun valideynləri dəymiş ziyanı ödəməli olacaqlar.


Aysel

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man