Bakıda avtomobili olmayan xanıma cərimə mesajları gəlir - FOTO

Nəqliyyat xəbərləri 30 İyul 2021 | 21:16
OXUNUB: 4387

Bakıda avtomobili olmayan xanıma Asanpay-dən cərimə mesajları gəlir. Nə edəcəyini bilməyən xanım Avtosfer.az-a mürəciət edərək bu məsələdə ona köməklik göstərilməsini xahiş edib. Belə ki, Evina Ruziyevanın nömrəsinə Elnarə Rüstəmovaya tətbiq olunan cərimə mesajları gəlib. Xanım isə bildirir ki, onun avtomobili yoxdur və heç zaman olmayıb. Evina Ruziyeva ASAN xidmətin 108 çağrı mərkəzinə məsələ ilə bağlı müraciət etsə də, bildirilib ki, o, yol polisinə yaxınlaşmalıdır. Xanım isə bu işlərin arxasınca düşmək üçün avtomobilinin olmadığını bildirir.

Avtosfer.az-ın yol polisindən əldə etdiyi məlumata əsasən aydın olub ki, yazılan cərimələrin Elvira xanım ilə heç bir əlaqəsi yoxdur. Onlar mesajda da qeyd olunduğu kimi, Elnarə Rüstəmovaya aiddir. Elnarə Rüstəmova avtomobil icarəsi ilə məşğuldur. Cərimələr də elə o avtomobillərlə bağlıdır. Bəzən verilən etibarnamənin vaxtı bitdiyindən yazılan cərimələr avtomobil sahibinin adına gəlir.

Yol polisi bilidirir ki, bu barədə onlarda heç bir qarışıqlıq yoxdur. Mesajların başqa birisinə yollanması isə onların məsuliyyətində deyil.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man