Kamil Zeynallı bahalı siqnaldan istifadə edən sürücülərə qarşı çıxıb çağırış etdi - VİDEO

Nəqliyyat xəbərləri 30 İyul 2021 | 12:32
OXUNUB: 2476

Tanınmış məşqçi Kamil Zeynallı sürücülərin avtomobillərə quraşdırdığı qeyri-qanuni siqnallara qarşı çıxaraq video çəkib və sosial şəbəkələrdə paylaşıb. Avtosfer.az bildirir ki, çoxavazlı səs siqnalları insanları, evdə yatan uşaqları, yaşlıları narahat edir. Kamil Zeynallı bu mövzuya toxunaraq sürücüləri bu mədəniyyətsiz vərdişdən yayınmağa səsləyib: "Gəlin, mədəniyyətimizi pozmayaq, qanundan kənara çıxmayaq və bu cür səs siqnallarından istifadə etməyək".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşın bu əməlini alqışlayır və o da sürücülərə bir daha xatırladır ki, çoxavazlı səs siqnallarının istifadəsi "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsinə görə qadağandır. Bu siqnalları avtomobilinə quraşdıran sürücülər cərimələnir və siqnallar müsadirə olunur.

Sonda Vaqif Əsədov onu da qeyd edib ki, yaşayış məntəqəsində səs siqnallarından istifadə qadağandır, siqnal yalnız hər hansı bir qəza anının qarşısını almaq üçün xəbərdarlıq olaraq verilə bilər. 

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man