Dövlətə məxsus avtomobillər 4000 manatdan satılıb - QİYMƏTLƏR - FOTO

Nəqliyyat xəbərləri 28 İyul 2021 | 18:12
OXUNUB: 7266

İyulun 27-də təşkil olunan hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb, sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.

Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 4000 manatdan başlayıb və 8000 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 4000 manatdan öz sahibini tapıb.

Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 2500 manatdan başlayıb və 6000 manata qədər olub.

Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man