Yeni qurulan “avtoş” qrupu Bakı küçələrində “şou” göstərdi - VİDEO

Nəqliyyat xəbərləri 25 İyul 2021 | 16:46
OXUNUB: 19012

Bir qrup “avtoş”un birlikdə toplanaraq avtomobillərini nümayiş etdirdikləri video sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az bildirir ki, “avtoş” qrupunun üzvlərindən ikisi “Niva” və “07”nin önünü qaldırıb, digər ikisi isə avtomobilin asqı sisteminə müdaxilə edərək həm önünü, həm də arxasını aşağı endirib. Etdikləri əməl sanki böyük bir məharətmiş kimi bunu nümayiş etdirmək üçün parklanma zamanı önü qaldırılan avtomobilləri digərlərinin üzərinə çıxarıblar. Daha sonra “avtoş”lar ard-arda düzülərək sanki bir “parad” yürüşü edib və yarışmağa başlayıblar.

Gecələr yollarda onların nələr etdiyini təxmin etmək elə də çətin deyil. 
 

Qeyd edək ki, "avtoş" qrupun üzvlərindən olan 90-OJ-091 nömrə nişanlı "Priore" markalı avtomobilin sürücüsü Mətin Qəribli bildirib ki, onun avtomobilindəki dəyişiliklər sertifikatlıdır.

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man