Milyonluq maşınla sürət həddini aşdı, tətil burnundan gəldi – 1500 avro cərimə

Nəqliyyat xəbərləri 15 İyul 2021 | 17:19
OXUNUB: 1441

Niderlanddan İspaniyaya istirahətə gedənlərin kefinə fransız polisi soğan doğradı. Roşel şəhərində sürət həddini aşan “Aston Martin”i saxlamaq üçün jandarmlar (Fransada yol polisi adlı ayrıca struktur yoxdur) səfərbər oldu. Avtosfer.az Fransa mediasına istinadən xəbər verir ki, qayda pozuntusu ciddi olub - avtomobil 246 km/saat sürətlə hərəkət edib. Yəni sürət həddi 123 km/saat aşılmışdı. Sürücünün vəsiqəsi alındı, özü isə 1500 avro cərimələndi. Digər 7 sürücüyə qarşı heç bir cəza tədbiri görülmədi.

Azərbaycan üçün ağır görünsə də, bu cəza Fransa üçün çox yüngüldür. Bu qaydanı Fransa vətəndaşı öz avtomobili ilə pozsa sürücülük vəsiqəsi yerindəcə ləğv olunacaqdı. Avtomobilin müsadirə edilməsi də mümkün idi.

PS. Fransada sürücülük vəsiqəsi almaq ali məktəbə qəbul olmaq qədər çətindir. Buna görə də sürücülər vəsiqənin ləğv olunmaması üçün mümkün qədər intizamlı davranırlar. İctimai nəzarət də kifayət qədər güclüdür.

 

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man