Bu ölkə dizellə işləyən yük avtomobillərinin satışına - QADAĞA QOYACAQ

Nəqliyyat xəbərləri 13 İyul 2021 | 23:31
OXUNUB: 1465

Böyük Britaniya hakimiyyəti 2035-ci ilə kimi böyük olmayan, 2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.

Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarını azaldılması üzrə hökumət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənir.

Qeyd edilir ki, yerli yük daşıyıcıları hökümətin həddindən yüksək hədəf müəyyən etdiyini bildirir. Çünki bu gün üçün uzun yol qət edən böyük yük avtomobillərinə akkumulyatordan işləməyə imkan verən texnologiyalar mövcud deyil.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında yük avtomobillərinin iri istehsalçıları iritonnajlı dizel mühərrikli avtomobillərin satışını nəzərdə tutulandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verdi. Sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb. ///Report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man