Tezliklə bu brendlər elektromobil bazarını “partladacaq”

Nəqliyyat xəbərləri 09 İyul 2021 | 21:55
OXUNUB: 1559

2021-ci ildə Peugeot Group və Fiat Chrysler-in birləşməsindən yaranan, hazırda Jeep, Opel, Peugeot, Fiat, Dodge, Maserati, Alfa Romeo, Chrysler, Citroen, Lancia kimi 14 məşhur brendlə qlobal istehsalda dünya altıncısı olan Stellantis dünən yeni istehsal planlarını açıqlayıb.

Şirkət tam enerji yığdıqdan sonra 500 milə (804 km-ə) qədər gedə bilən elektrikli avtomobillər buraxacaq.

Bu məqsədlə Stellantis növbəti 4 ildə 30 milyard avro (36 milyard dollar) investisiya yatırmağı və 5 yeni batereya zavodu tikməyi planlaşdırır. 2026-cı ilə qədər mənfəət marjasının ikirəqəmli göstəriciyə çatdırılması da əsas hədəfdir.

Jeep 2025-ci ildən, Ram pikapları 2024-cü ildən, Opel və Vauxhall isə 2028-ci ildən elektrikli modellərlə bazar çıxacaq. Şirkət 2030-cu ilə qədər Avropadakı satışların 70%-nin, ABŞ bazarında isə 40%-in aşağı emissiyalı avtomobillər olacağını proqnozlaşdırır. /Marja

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man