Avtomobilin icbari sığortası ilə zərərçəkənlərə nə qədər ödəniş edilib? - RƏSMİ

Nəqliyyat xəbərləri 29 İyun 2021 | 20:16
OXUNUB: 943

2021-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 398 001 100 manat, sığorta ödənişlərinin həcmi isə 208 233 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz, sığorta ödənişlərinin həcmi isə 48,6 faiz artıb.

Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 264 787 400 manat, icbari sığorta növü üzrə isə 133 213 600 manat sığorta haqqı yığılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 9 faizə qədər, icbari sığorta növü üzrə yığımlar isə 14,9 faiz artıb.

Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 151 540 500 manata qədər, icbari sığorta növü üzrə isə 56 692 500 manata qədər sığorta ödənişi edilib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 36,6 faiz, icbari sığorta növü üzrə ödənişlərin həcmi isə 93,8 faiz artıb.

Əlavə edək ki, iyun ayının əvvəlinə könüllü sığorta ilə avtomobil sığortası üzrə 13 120 600 manat (illik müqayisədə 25,5 faiz az) sığorta haqqı, 6 220 900 manat (illik müqayisədə 17,3 faiz çox) sığorta ödənişi edilib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 37 600 000 manat (illik müqayisədə 6,7 faiz çox) sığorta yığımı, 26 068 500 manat (illik müqayisədə 6,4 faiz çox) sığorta ödənişi edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man