Svetoforda siqnal verən sürücüləri gülünc vəziyyətə saldılar – Maraqlı yenilik - VİDEO

Nəqliyyat xəbərləri 21 İyun 2021 | 20:15
OXUNUB: 3138

Son aylar “koronavirusun Hindistan variantı” və ya Hindistan ştamından çox danışılıb, çox yazılıb. Bu, öz yerində, bizim məqsədimiz bu ölkədə bir neçə il əvvəl polisin həyata keçirdiyi eksperimentlə bağlıdır. 

Avtosfer.az bildirir ki, 20 milyon əhalisi olan Bombey dünyanın ən səsli şəhərlərindəndir. Burada avtomobil siqnalı həyat normasına çevrilmişdi. Yaşıl işığın yanmasına 15 saniyə qalmış bütün sürücülər obrazlı desək “siqnalın üzərinə otururdular”. Problemin çarəsi tapıldı.

Şəhərin əsas svetoforlarında səsölçən detektorlar quruldu. Sonometrlərin vəzifəsi səs şiddəti 85 desibeli keçdikdə qırmızı işığı qoşmaqdır. Əgər səs yüksək olarkən qırmızı işıq yanırsa bu zaman onun müddəti daha 90 saniyə uzadılır.

Nəticəni gözləmək üçün çox vaxt tələb olunmadı. İLk günlərdə yeni qaydaya vərdiş etməyən on minlərlə sürücü saatlarla svetoforda gözləyərək piyadaların gülüş hədəfi oldu. Sonradan hər şey yoluna düşdü. Cəmi 1 həftə sonra paytaxt Dehli sakinləri oxşar qaydanın tətbiqi üçün polisə kütləvi müraciət ünvanladılar.

Görəsən, bu təcrübədən biz də yararlana bilərikmi? Axı dünya gör-götür dünyasıdır. Bəşər övladı yarandığı dövrdən başqalarındakı yaxşı təcrübəni götürüb tətbiq edir.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man