"Toyota"yeni modelinin ilk görüntülərini yayıb - FOTO

Nəqliyyat xəbərləri 21 İyun 2021 | 16:50
OXUNUB: 697

Toyota şirkətinin yeni nəsil Tundra pikapını təqdim etməyə hazırlaşdığı artıq hər kəsə məlumdur. Bu, 2007-ci ildən bəri baş verəcək ilk nəsil dəyişikliyidir. Yapon istehsalçısı yeni pikapın eksteryer dizaynını qismən açıqlayan tizerləri dərc etsə də, casuslar avtomobilin şəkillərini İnternet şəbəkəsinə sızdırmağa müvəffəq olublar. Artıq Toyota şirkəti də yeni pikapın rəsmi şəklini dərc etmək məcburiyyətində qalıb.

Çox güman ki, pikapın kapotunun altında yenicə təqdim olunmuş Land Cruiser 300 modelindən tanış olan 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 benzin mühərriki yerləşdiriləcəkdir. Güc qurğusu 10-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Yeni nəsil Toyota Tundra pikapının təqdimatının payızda keçiriləcəyi gözlənilir.

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man