"Nissan Note" hetçbeki bahalı Aura versiyasına sahib olub  - FOTO

Nəqliyyat xəbərləri 16 İyun 2021 | 15:18
OXUNUB: 1189

Keçən payızda nəsil dəyişdirən Nissan Note hetçbekinin premium versiyası peyda olub. Formal olaraq, premium versiya Nissan Note Aura adlanır, lakin marketoloqlar onu baza modelindən ciddi şəkildə uzaqlaşdırırlar:

Aura indeksi yazılmış emblem xüsusi ilə önə çəkilir, şirkətin saytında isə belə beşqapılı ayrıca bölmədə yerləşdirilib. Hetçbekin vizual obrazı qorunur, lakin Aura orijinal bamperlərə (arxa hissədəki qara işləməsiz), radiator barmaqlığına, ön və arxa fənərlərə malikdir. Adaptiv ön fənərlər və 17-düymlük yüngül lehimli təkər diskləri standart təchizata daxildirlər. İkirəngli kuzov adi Note hetçbeki üçün də sifariş edilə bilər, lakin Aura versiyasının öz rəng birləşmələri var.

Əgər Nissan Note modelinin baza versiyasının qiyməti 18.400 dollardan başlayırsa, Note Aura versiyası üçün minimum 23.700 dollar tələb olunur. Dəri salonu olan tam ötürməli versiya 26.900 dollara təklif edilir. Daxili bazardakı satışlara payızda başlanmalıdır.

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man