Avtomobil alarkən diqqətli olun! - Sizin də başınıza gələ bilər - VİDEO

Nəqliyyat xəbərləri 14 İyun 2021 | 23:36
OXUNUB: 2025

Daxili kreditlə avtomobil alan qadının başına iş gəlib. O, 6 min manat ilkin ödəniş edərək 30 min manatlıq avtomobil alıb. 3 gündən sonra avtomobildə ciddi nasazlıq yarandığından maşını satan  şəxslə birlikdə ustaya gedib. Elə hadisə də bundan sonra baş verib.

Bahalı avtomobil alan qadına külli miqdarda zərər dəyib.

Hadisə paytaxtda yaşayan Şəmkir sakini Lalə Hüseynovanın başına gəlib. Qadın iddia edir ki, Sumqayıt şəhərində Fariz adlı avtomobil alverçisindən ilkin ödəniş kimi 6 min manat verərək, ''Porşe'' markalı avtomobil alıb. Aralarında belə razılığa gəliblər ki, hər ay 1050 manat olmaqla, 23 ay ödəniş edəcək. Yəni avtomobilin ümumi dəyəri 30 min manat olub. Lalə Hüseynova deyir ki, avtomobili 3 gün idarə etdikdən sonra maşının mühərriyində ciddi problemlər yaranıb. Qadın iddia edir ki, avtomobili usta yoxlayarkən onun xərcinin çox olduğu aşkar edilib.

Bir müddət gözlədikdən sonra qadın ərazi üzrə Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət edib. Polis işi araşdırıb və həmin şəxsi tapıb. Fariz adlı şəxs qadına söz verib ki, satdığı avtomobili öz ustasında təmir etdirib saz vəziyyətdə geri qaytaracaq. 

Lalə Hüseynova iddia edir ki, avtomobilini oğurlamaqla Fariz ona külli miqdarda ziyan vurub. Məsələ ilə bağlı avtomobili qadına satan Fariz adlı şəxslə də əlaqə saxladıq. O, əvvəlcə adının Fariz olduğunu təkzib etməsə də, sualımızı eşitdikdən sonra həmin şəxs olmadığını bildirdi.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, qadının müraciəti əsasında Sumqayıt Şəhər 4-cü polis bölməsində araşdırma aparılıb və həmin iş mülkü olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man