"BMW" mikrosxem çatışmazlığına görə istehsalı azaldacaq

Nəqliyyat xəbərləri 09 İyun 2021 | 18:22
OXUNUB: 1197

Almaniyanın BMW şirkəti komponentlərin, xüsusən də mikrosxemlərin kəskin çatışmazlığı səbəbindən Dinqolfinqdəki (Bavariya federal əyaləti) zavodda istehsalı azaldacağını elan edib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə DPA agentliyi şirkətin mətbuat katibliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, işçilərin növbəli iş qrafiki gələn bazar ertəsindən etibarən ləğv ediləcək. Həftədə iki növbə əvəzinə yalnız bir növbə olacaq. Hazırda sözügedən zavodda təxminən 17 min işçi çalışdığı bildirilir. Lakin bu cür yeniliklərin nə qədər işçini əhatə edəcəyi hələ bilinmir.

"Hazırda bir çox BMW avtomobil modellərinin istehsalında lazım olan komponentlər üçün mikrosxemlərin çatışmazlığı var", - şirkətdən bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man