“Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı

Nəqliyyat xəbərləri 02 İyun 2021 | 08:46
OXUNUB: 1039

Yapon avtomobil istehsalı şirkətləri “Toyota” və “Honda” koronavirus məhdudiyyətləri səbəbiylə Malayziyada yeni avtomobillərin istehsalını və satışını dayandırmağa qərar verib.

Bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, “Toyota”nın Malayziyada iki zavodu var. “Honda”nın da həmçinin Malayziyada motosiklet və avtomobil istehsal edən iki müəssisəsi fəaliyyət göstərir.

Malayziya hökumətinin tələblərindən sonra hər iki avtomobil istehsalı şirkətinə personalın yalnız 10 faizini işdə saxlamaq icazəsi verilmişdi.

Lakın qısa müddət sonra zavodların bu rejimdə işləməsi qeyri-mümkün hala gəlib və hər iki şirkət fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb./oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man