Bakıda bir gecədə 12 avtomobilin şüşəsini sındırıb oğurluq etdilər - FOTO-VİDEO

Nəqliyyat xəbərləri 01 İyun 2021 | 12:31
OXUNUB: 2861

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi və 25-ci Polis Şöbəsinə müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb. O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci Polis Şöbəsinə təhvil verilib. Araşdırma zamanı Elgün Şirinzadənin  may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.
Elgün Şirinzadə barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar arşadırılması üçün Nizami Rayon Polis İdarəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man