"Toyota" yeni nəsil "Prius" modelinin təqdimat tarixini açıqlayıb - VİDEO

Nəqliyyat xəbərləri 25 May 2021 | 10:30
OXUNUB: 786

Toyota şirkəti yeni nəsil Prius hibridinin arxa hissəsi göstərilən qısa videoçarxı yayımlayıb. Modelin təqdimatı 2 iyun 2021-ci il tarixində keçiriləcəkdir. Tizerdə yeni Prius modelinin nazikləşdirilmiş arxa LED işıqları və arxa qapıdakı qara Toyota loqotipi nümayiş olunur. Bundan başqa, videoda arxa görüntü kamerası da görüntülənir.

Yeni Prius modelinin sələfinin platformasını və hibrid qurğusunu qoruyub saxlayacağı gözlənilir. Bununla belə, yaponlar daha qənaətcil daxili yanma mühərrikindən istifadə etməyi və batareyanın tutumunu artırmağı düşünürlər. Bu iddialar BestCarWeb saytı tərəfindən irəli sürülüb, lakin səsləndirilən məlumatlar rəsmi təsdiqini tapmayıb.

Toyota Prius modelinin cari nəsli tərkibinə 98 at qüvvəli 1,8-litrlik benzin və 72 at qüvvəli elektrik mühərrikləri daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Standart olaraq, model ön ötürməlidir, lakin 2018-ci ildəki yenilənmə zamanı hibrid model tam ötürməli AWD-e versiyasına (əvvəllər belə versiya yalnız Yaponiya bazarında satılırdı) sahib olub.

Tamötürməli versiyada arxa oxda 7,2 at qüvvəli elektrik mühərriki yerləşdirilir ki, əlavə mühərrik hərəkətə başlamanın ilk saniyələrində və sürətlənmə zamanı əsas qurğuya kömək edir. 10 km/saat həddini aşan sürətlərdə arxa mühərrik sönür və Prius yenidən ön ötürməli avtomobilə çevrilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man