Bayden elektriklə çalışan “Ford F-150 Lightning” pikapını sınaqdan keçirib - VİDEO

Nəqliyyat xəbərləri 19 May 2021 | 10:20
OXUNUB: 746

ABŞ Prezidenti Co Bayden Miçiqan ştatına işgüzar səfəri çərçivəsində Dirborndakı “Ford” zavodunu ziyarət edib.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri burada jurnalistlərin qarşısında elektriklə çalışan “Fordun F-150 Lightning” yeni pikap modelini sınaqdan keçirib.

Bayden yeni “Ford” avtomobilinin sürətli olduğu deyib. O, sükan arxasında olarkən jurnalistlərdən biri “Cənab Prezident, sizə qısa olaraq İsrail barədə bir sual verə bilərəmmi?, deyə müraciət edib. ABŞ prezidenti isə əvvəlcə "Xeyr, edə bilməzsən” cavabını verib. Sonra zarafat etdiyini desə də, avtomobilin qazına basaraq sürətlə jurnalistlərdən ayrılıb.

Qeyd edək ki, “Ford”un sözügedən modeli 4.4 saniyədə saatda 60 mil (96.6 km) sürət yığır. Yeni modelin rəsmi təqdimatı bu gün səhər saatlarında baş tutacaq. Avtomobilin ABŞ-da satışına isə 2022-ci ilin ilk yarısında başlayacağı gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man