Porsche unikal avtomobillər yaradacaq yeni bölməni təsis edib

Nəqliyyat xəbərləri 17 May 2021 | 21:30
OXUNUB: 1188

Porsche şirkətinin Exclusive Manufaktur, Tequipment və Classic bölmələrinin sırasına daha birisi qoşulub: bu, Porsche Sonderwunsch (alman dilindən tərcümədə "xüsusi istək" mənasını verir) bölməsidir. Adından da göründüyü kimi, yeni bölmənin əsas vəzifəsi, alman markasının ən tələbkar müştəriləri üçün eksklüziv avtomobillərin hazırlanması olacaqdır.

Əsas diqqət nəqliyyat vasitəsinin dərin fərdiləşdirilməsinə yönəldiləcək və yeni proqram heç bir məhdudiyyət qoyulmadan bütün Porsche modelləri (yeni, istifadə olunmuş, klassik) üçün əlçatan olacaqdır. Sonderwunsch digər üç bölmənin proqramlarını tamamlayacaq və genişləndirəcək, bir sözlə avtomobili unikal məhsula çevirəcəkdir.

Eksklüziv modellərin replikalarının peyda olmasının qarşısını almaq üçün, bölmə buraxılmış bütün avtomobillər barədə məlumatların saxlanıldığı xüsusi arxivini yaradacaqdır - avtomobilin həqiqətən Sonderwunsch bölməsi tərəfindən yaradıldığını yoxlamaq və bütün dəyişikliklər haqqında məlumat almaq üçün bir telefon zəngi kifayət edəcəkdir. Mütəxəssislər müştərinin istənilən arzusunu yerinə yetirməyə hazırdırlar – əlbəttə ki, bu texniki baxımdan mümkündürsə. Üstəlik, bu avtomobilin həm eksteryer və interyer dizayna, həm də firma aksessuarlarına aiddir./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man