Dünyanın ən sürətli avtomobili küləyə görə qəzaya uğradı - FOTO

Nəqliyyat xəbərləri 17 May 2021 | 14:10
OXUNUB: 1079

Amerikanın Utah əyalətinin magistral yollarının birində dünyanın ən sürətli hiperkarı “SSC Tuatara” qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisədə günahkar tərəf yoxdur. Belə ki, avtomobili daşıyan yük maşını güclü küləyin təsirindən aşıb.


Xatırladaq ki, “Tuatara” hiperkarı “Shelby Super Cars North America” şirkəti tərəfindən 2011-ci ildə təqdim olunmuşdu. Avtomobil Floridadakı bir aerodromun pistində saatda orta hesabla 455.3 kilometr sürət göstərərək Ginnesin Rekordlar Kitabına düşüb.
2021-ci ildə hipercar-ı öz rekordunu qırması üçün (yeni hədəf saatda təxminən 483 kilometr) Florida ştatındakı bir aerodroma aparan zaman güclü külək buna imkan verməyib.  

“SSC Tuatara”nı daşıyan yük maşınının sürücüsü idarəetməni itirib və maşın yan tərəfə çevrilərək aşıb. 
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Qəzadan sonra “SSC Tuatara” yararsız hala düşüb. Nəticədə yeni sürət rekordunu təyin etmək üçün hədəflənən planlar təxirə salınıb. 


 

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man