Hibrid maşınları daha qənaətli necə sürmək olar? –“Toyota”nın nümayəndəsi - VİDEO

Nəqliyyat xəbərləri 09 May 2021 | 09:30
OXUNUB: 2651

Son vaxtlar hibrid avtomobil idarə edənlərin sayı günü-gündən artmaqdadır.  Hər il 5 minə yaxın hibrid avtomobili ölkəmizə gətirilir. Ətraf mühitin qorunması və yanacağa qənaət edilməsi məqsədilə insanların bu növ avtomobillərə üstünlük verməsi çox müsbət haldır.  
Amma son zamanlar digər sürücülər hibrid idarə edənlərdən şikayətçidir. Səbəb isə odur ki, bu avtomobillərin sürücüləri yolun sağ və ya solu fərq etmədən, çox asta sürətlə hərəkət edir və nəticədə digərlərinə maneəçilik törədirlər. Məsələ ondadır ki, hibrid sürücüləri asta sürətlə idarə olunan avtomobilin yalnız elektriklə çalışdığını və bununla yanacağa qənaət etdiklərini düşünürlər. 
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, bu, yanlış düşüncədir. Hibrid avtomobillərində qənaət etmənin yolu başqadır. 
“Toyota” Qafqaz şirkətinin Azərbaycandakı nümayəndəsi Sabir Kazımzadə hibrid avtomobilinə dair çox yararlı məlumatlar verib. Bu video ilə bilmədiyiniz məqamları aydınlaşdıra bilərsiz.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man