Volkswagen yeni hetçbekini təqdim etməyə hazırlaşır

Nəqliyyat xəbərləri 07 May 2021 | 00:40
OXUNUB: 1521

Volkswagen şirkəti ID ailəsinin auditoriyasını "qaynar" elektrokarların köməyi ilə genişlətməyə ümid edir.

Belə elektromobillərdən biri Volkswagen ID.3 hetçbekinin ikimühərrikli tam ötürməli "qaynar" versiyası ola bilər.

Avtosfer.az ted.az-a istinadən bildirir ki, belə bir "qaynar" hetçbekin işıq üzü görəcəyi barədə məlumat 2019-cu ilin sentyabrında, adi hetçbekin təqdimatından dərhal sonra peyda olmuşdu. O zaman, "qaynar" elektromobilin tam ötürməli idman avtomobilləri üçün ənənəvi olan R indeksi ilə işarələnəcəyi ehtimal olunurdu, lakin istehsalçı ayrıca GTX subbrendini yaradaraq, "qaynar" hetçbek barədə söz-söhbəti yenidən canlandırıb.

Volkswagen şirkəti cari ilin ikinci yarısında təqdim ediləcək ID.5 kupe-krossoverinin də GTX versiyasına sahib olacağını artıq təsdiqləyib. Yeni elektrokar MEB arxitekturası üzərində inşa edilmiş premium Audi Q4 Sportback e-tron modelinin bənzəri olacaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man