Volkswagen Bakıda ən müasir avtosalon və servis mərkəzi açdı - VİDEO - FOTO

Nəqliyyat xəbərləri 06 May 2021 | 12:36
OXUNUB: 7302

Dünyanın ən böyük avtomobil markası olan Volkswagenin  Azərbaycanda yeni mərkəzi fəaliyyətə başladı. Ən son texnalogiyalarla təchiz edilən bu mərkəz regionumuzda ilkdir.
Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun inşa edilib. 


Burada ən son Volkswagen modelləri ilə tanış ola, yerindəcə bəyəndiyiniz avtomobilin qeydiyyatını apara bilərsiniz. 
Volkswagen Azərbaycan Mərkəzi yeni konseptdə olan  avtosalon və ona bitişik servis bölməsindən ibarətdir. Binanın layihəsi “Volkswagen Beynəlxalq Ekspertləri” tərəfindən hazırlanıb. Satış bölməsində digər avtomobillərlə yanaşı müştərilərə yenilənmiş “Volkswagen Polo” və “Volkswagen Passat” təqdim olunur. 


Texniki servis bölməsi isə ən son texnalogiyalarla təchiz edilib. Burada müştərilər avtomobillərini ən son texniki imkanlarla təmir etdirə biləcəklər.  Servisdə 12 ədəd qaldırıcı və 4D texnologiyalı təkər çəpliklərinin nizamlanması(razval) bölməsi, yalnız rəsmi servisə məxsus lisenziyalı diaqnostika proqramı, avtomobil işıqlarının tənzimlənməsi stendi və bu kimi yüksək imkanlar mövcuddur. Volkswagen Azərbaycan Mərkəzi işçilərinin də sağlamlığına böyük əhəmiyyət verir. İçəridə çalışanlar zəhərli qaz udmasın deyə ən son texnalogilara cavab verən havaçəkmə sistemi quraşdırılıb. 
Onu da qeyd edək ki, yeni açılan bu mərkəzdə 10-larla işçi işlə təmin olunub. 


Artıq müştəri avtomobilini servisə gətib çöldə saatlarla gözləməyəcək. Volkswagen Azərbaycan Mərkəzinə  gələn müştərilər üçün rahat gözləmə zonası da fəaliyyət göstərir. 
Yeni açılan bu mərkəz müştərilər üçün tam bir can rahatlığıdır. Çünki siz bura gələrkən avtomobilinizi servisə təhvil verirsiniz və gözləmə zonasında əyləşib çay-kofe içərkən bütün təmir prosesini servisin hər bölməsində quraşdırılan 360 dərəcəli kamera sistemi ilə izləyirsiz. 
Volkswagen Azərbaycan Mərkəzinin yeni ünvanı  Bakıda Nəcəfqulu Rəfiyev küçəsi 29-da, Xətai metrosu və Bravo Xətai filialının arasında yerləşir. Mərkəz hər gün xidmətinizdədir.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man