Yenilənmiş "BMW X3" modelinin ilk şəkli peyda olub - FOTO

Nəqliyyat xəbərləri 04 May 2021 | 18:03
OXUNUB: 858

BMW şirkəti yenilənmiş X3 krossoverinin dizaynını vaxtından əvvəl açıqlayıb.

Yenilənmiş krossoverin görüntüsü alman şirkətinin İspaniya filialının saytında peyda olub. Göründüyü kimi, X3 modelinin eksteryer dizaynı xırda yeniliklərə məruz qalıb. Bunlara misal kimi, bamperləri, işıq texnikasını və təkər disklərini göstərmək olar.

Yeni LED optika yenilənmiş BMW X3 krossoverinin vizit kartına çevriləcəkdir - arxa fənərlər yenilənmiş 5 Series modelində olduğu kimi tündləşdiriləcək, ön fənərlər isə 4 Series kupe və kabrioletlərində olunduğu kimi, V formalı gündüz hərəkət işıqlarının yeni naxışını əldə edəcəklər. Bahalı versiyalar matrisa fənərləri ilə təchiz ediləcəkdirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man