Son 6 ildə Bakıda avtomobillərin sayı 100 min ədəd azalıb - SƏBƏB BUDUR

Nəqliyyat xəbərləri 03 May 2021 | 18:10
OXUNUB: 1490

"2015-ci il böhranından sonra avtomobillərin sayında azalma müşahidə olunur”. Bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov son 6 ildə Bakı şəhəri üzrə minik avtomobillərinin sayının 100 min ədədə yaxın azalması ilə bağlı rəsmi statistikaya aydınlıq gətirərkən deyib. Onun sözlərinə gərə, burada səbəblərdən biri əhalinin istehlak gücünün azalmasıdır: "Burada bir necə səbəb var. Biri qeydiyyatla bağlıdır. Ola bilsin ki, son illər qeydiyyatla bağlı müəyyən qədər nəzarət güclənib. Ona görə də avtomobillərin regionda yaşayan vətəndaşların adına keçirilməsi prosesi sürətlənib. 2015-ci ildən sonra bank məsələlərində ictimai qırılma müşahidə edilir. Kimlərsə kiminsə adına hansısa avtomobili alıbsa, burada problemlər ortaya çıxardı. Bundan əlavə, kreditlərin verilməməsi də bir başqa problem yaşatdı. Sonra insanlar daha ehtiyatlı olur. Regionda yaşayan insanların avtomobilləri öz adına rəsmiləşdirməsində problemlər müəyyən qədər aradan qaldırılıb. Düşürünəm ki, əsas avtomobillərin bir qismi Bakıdadır, amma sadəcə rayonda qeydiyyatdadır. İkinci səbəb kütləvi sərnişin daşıma sahəsində irəliləyişlər var. Müəyyən gözlə görə biləcəyimiz keyfiyyət dəyişikləri var. Bu özü ictimai nəqliyyatdan istifadəni qismən də olsa təşviq edir və fərdi avtobillərdən istifadə azalmaqdadır”.

Ekspert bildirib ki, 2015-ci il böhranından sonra avtomobillərin sayında azalma olmasının səbəblərindən biri ondan əvvəlki dövr üçün formalaşmış borc öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır: "Bir qism vətəndaş öz  avtomobillərini satmaq məcburiyyətində qaldı”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man