“Ford”elektromobil batareyaları istehsalı ilə məşğul olacaq - FOTO

Nəqliyyat xəbərləri 28 Aprel 2021 | 21:23
OXUNUB: 1799

ABŞ-ın “Ford Motor Co.” şirkəti elektromobilləri üçün batareyaları özü hazırlamaq niyyətində olan avtomobil istehsalçılarına qoşulub.

Avtosfer.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.

Şirkət gələn il Miçiqan ştatının cənub-şərqində litium-ion akkumlyatorlarının hazırlanması üzrə 185 milyon dollarlıq mərkəz açmaq niyyətindədir. Baş mühəndis Hau Tai Tanqın sözlərinə görə, “Ford” yekunda elektromobil batareyalarını özü sərbəst şəkildə istehsal etmək niyyətindədir.

Akkumlyator batareyaları bu gün elektrikli nəqliyyat vasitələrinin ən bahalı hissəsidir. “The Wall Street Journal” qeyd edir ki, batareyalar ümumi dəyərin azı dörddə birini təşkil edir, akkumlyator batareyaları istehsalı müəssisələri isə böyük investisiyalar tələb edir.

İndi “Ford” batareyaları kənar təchizatçılardan alır. Məsələn, ABŞ-da məşhur olan “F-150” pikapının gələn il satışa çıxarılacaq elektrikli versiyasında Koreyanın “SK Innovation Co.” şirkətinin akkumlyatorlarından istifadə olunacaq.

Xatırladaq ki, “Volkswagen Group” Avropada akkumlyatorla işləyən altı “nəhəng fabrik” açmağı planlaşdırır. Fabrikin tam işə salınmasından sonra ümumi enerji gücü ildə 240 GVt/saat olan akkumlyator elementlərinin istehsal edilməsi gözlənilir.

ABŞ-ın avtomobil nəhəngi “General Motors” keçən payızda elektrikli nəqliyyat vasitələrinin qiymətini benzinlə işləyən oxşarlarının səviyyəsinə endirə biləcək batareya istehsalına yaxın olduğunu söyləyib.

Eyni zamanda, BMW şirkəti elektrikli avtomobil akkumlyatorlarını özü istehsal etməyi planlaşdırmadığını açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man