Moda evi unikal "Rolls-Royce" modelinin yaradılmasında iştirak edib - FOTO

Nəqliyyat xəbərləri 28 Aprel 2021 | 16:26
OXUNUB: 746

Rolls-Royce şirkəti Phantom sedanının yapon iş adamı və kolleksiyaçısı Yusaku Maezavanın sifarişi ilə, Bespoke bölməsi tərəfindən hazırlanmış Oribe adlı unikal versiyasını təqdim edib.

Avtomobilin yaradılmasında fransız Hermes moda evi də iştirak edib.

Bu əməkdaşlıq çərçivəsində, ingilis markası və fransız moda evi avtomobil sahibinin hobbisini, yəni antik yapon saxsısına olan sevgisini də əks etdirən “yerüstü ceti” (Maezavanın artıq şəxsi ceti var) yaratmağa çalışıb. Bunun üçün Bespoke mütəxəssisləri Phantom sedanını əllə yığaraq, onu iki rəngə boyayıblar: xüsusi olaraq Maezava üçün yaradılan Oribe Green və oribe üslubunda saxsı qabların əsas çalarlarından olan krem rənginə.

Sedanın digər xüsusiyyətləri arasında açıq hüceyrəli qoz ağacının şponunda kəsilmiş dinamik torları da var. Onları qapı kartlarına quraşdırlmaq və lazım olan düz və toxumalı səthin almaq üçün ağacda çoxlu sayda dəliklər açıblar. Eyni ağac növündən mərkəzi və arxa konsolların, habelə qatlanan masaların tərtibatı üçün istifadə olunur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man