100 illik yubileyə özəl yeni “Mazda CX-9” satışda - FOTO

Nəqliyyat xəbərləri 27 Aprel 2021 | 10:35
OXUNUB: 1092

“Mazda” 100 illik uğurlu və əzəmətli tarixini qeyd edir və bunu məhdud sayda xüsusi avtomobillərlə taclandırır. Dizaynerlər bu avtomobillərin üzərində işləyərkən “Mazda”nın ilk minik maşını “R360 Coupe”dən ilham alıblar. Beləliklə, xüsusi seriyaya daxil olan avtomobillər həm “Mazda”da görməyə alışdığımız müasir, etibarlı və sınanmış üstünlüklərlə təchiz olunub, həm də yalnız yubiley buraxılışında görə biləcəyiniz, tarixdən ilhamlanmış dizayn elementləri ilə zənginləşdirilib.

Bunlardan ilki kuzov və salondakı fərqləndirici “100th anniversary” loqotip detalıdır. Modellərin eskteryeri zərif  bəyaz mirvari rəngi ilə seçilir. Tünd-qırmızı rəngli “Nappa” eko-dəri salon örtüyü isə təkrarolunmaz, eleqant görüntü yaradır.

Eksklüziv seriyaya daxil olan modellərdən biri də “Mazda CX-9”dur. Bu toxunuşlarla “Mazda CX-9” yollarda özəl və fərqli hiss etmək üçün unikal avtomobilə çevrilir. Bununla yanaşı, 2.5L SKYACTIV mühərriklə (231 at/g) təchiz olunmuş avtomobil həmişəki kimi ən yüksək səviyyədə idarəetmə, texnoloji imkanlar, əyləncə sistemi və innovativ təhlükəsizlik funksiyaları ilə təmin olunub.

“Mazda CX-9”un yeni yubiley seriyası ilə yaxından tanış olmaq üçün əlaqə məlumatı:

//mazda.az/cars/mazda-cx-9/krossover/overview/cx-9-100th-edition

Əlaqə nömrəsi: (012) 349 01 00

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man